Britaniya hökuməti Ukraynada sülh yolu ilə nizamlanmanı müzakirə etmək üçün Londonda Avropa liderlərinin görüşünü keçirməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, belə bir görüşün vaxtı hələ müəyyən edilməyib.
Fevralın 17-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Parisdə səkkiz Avropa ölkəsinin liderləri, həmçinin Aİ və NATO təsisatlarının nümayəndələri arasında danışıqlar təşkil edilib. Digər məsələlərlə yanaşı, onlar Ukraynaya mümkün sülhməramlı missiyada iştirak etmək üçün Avropa qoşunlarının göndərilməsi məsələsini müzakirə ediblər, lakin bu məsələ ilə bağlı görüş iştirakçılarının mövqeləri çox fərqlidir. Görüş heç bir birgə bəyanat olmadan başa çatıb.
Gülayə Mecid