Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

"Unikal" xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində son səfər matçına çıxıb.

Tahir Baxşıyevin yetirmələri Bakıda məğlub etdikləri Kosovonun qonağı olublar. Millimiz oyuna yaxşı baslasa da, meydan sahibləri sonradan hesabda önə keçiblər. Komandamız görüşü 79:81 hesabı ilə uduzub. Məğlubiyyət nəticəsində yığmamız sonuncu pilləyə enib.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə son oyununu fevralın 23-də Bakıda İrlandiyaya qarşı keçirəcək.