Ermənistanın Gümrü şəhərinin keçmiş meri Vardan Qukasyan və onun mühafizəçisi kriminal polisin xüsusi təyinatlıları tərəfindən saxlanılıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yazıb.
Qukasyanın "Facebook" səhifəsində bununla bağlı bildirilib ki, onun həbsi ilə sifarişi hökumət lideri verib.
Xatırladaq ki, martın 30-da Gümrüdə Ağsaqqallar Şurasına seçkilər keçiriləcək və orada Vardan Qukasyan da iştirak etmək üçün ərizə vermişdi.
Ağarza Elçinoğlu