Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı və Kanada liderlərinin Parisdə ikinci görüşünü keçirəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Fransa Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Müzakirə mövzusu dəyişməz olaraq qalacaq - ABŞ prezidenti Donald Trampın sülh danışıqlarını fəal şəkildə təşviq etməsi fonunda birləşdirilmiş hərəkətlərin inkişafı. Bu dəfə ilk görüşdən fərqli olaraq Norveç, Kanada, Baltikyanı ölkələr, Çexiya, Yunanıstan, Finlandiya, Rumıniya, İsveç və Belçika da dəvət olunacaq.
Bundan əvvəl Çexiya, Rumıniya və Sloveniya Avropa liderlərinin Parisdə keçirilən fövqəladə sammitinə dəvət edilmədiklərinə görə narazı qalıblar.