Yenə dialoq başlayacaq
20:48 31-07-2013
İQTİSADİYYAT
Yenə dialoq başlayacaq
İqtidarla müxalifətin bir araya gəlməsi gözlənilir
Prezident seçkiləri yaxınlaşdıqca siyasi aktivlikdə artmağa başlayır. Düzdür,hazırda cemiyyətdə elə bir ajiotaj hiss olunmur. Amma əksər analitiklər hesab edir ki, bu gərginlik müəyyən beynəlxalq güclərlə bağlıdır.
Məsələn, bu günlərdə açıqlama verən Rusiya prezidenti Vladimir Putinə yaxınlığı ilə seçilən analitik bildirmişdi ki, Vladimir Putin Bakıya gələcək və buna görə rəsmi Bakı ölkələrində ki, bəzi məqsədli yəhüdilərdən imtina edib onları İsrailə yola salmalıdır. Ekspertlər hesab edir ki, analitik bununla demək istəyib ki, hazırda Azərbaycanda gedən proseslərə İsrail nəzarət edir və məhz İsrailin diqtəsi ilə Rusiya ilə münasibətlər gərginləşdirilib. Bundan başqa qeyd etmək lazımdır ki, Avropada da ele güclər varki Azərbaycanda proseslərin gərginləşməsinə,hətta seçkilərin baykot olunmasınada cəhd edirlər. Bunu da qeyd edək ki, Müsavat və KAXCP istisna olmaqla Milli Şuranın digər üzvləri hədəfi elə müəyyənləşdiriblər ki, seçkiləri tam baykot etsinlər. Görünür bu səbəbdən cəmiyyətdə yenidən iqtidarla müxalifətin dialoqa başlaması mövzusu aktuallaşır. "Biz indi seçkinin elə mərhələsinə daxil oluruq ki, istər-istəməz müxalifət partiyaları ilə təmas qaçılmazdır. Bu təmaslara ehtiyac var".Bu sözləri isə Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxalifət və iqtidar partiyaları arasında dialoqun nə vaxt baş tutacağı ilə bağlı sualı cavablandırarkən deyib.Əli Həsənov bildirib ki, bununla bağlı ATƏT-lə danışıqlar aparılır: "ATƏT-in həmişə olduğu kimi seçki öncəsi partiya rəhbərləri və siyasi partiya funksionerlərini toplayaraq məşğələlər keçirilməsi və seçkinin keçirilməsi ilə bağlı narahat doğurucu məsələlər varsa, onların müzakirə olunub qərar qəbul olunması praktikası mövcuddur. Düşünürəm ki, bu ildə bu praktika olacaq. Biz seçkiqabağı siyasi partiyalarla, xüsusilə də seçkiyə getmək iradəsini ortaya qoymuş siyasi partiya liderləri, rəhbərləri və siyasi partiya funksionerləri ilə görüşlər keçirəcəyik". Əli Həsənov Azərbaycana edilən xarici təzyiqlərlə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, bütövlükdə Azərbaycan dövləti özünün iradəsini Azərbaycan xalqının müəyyən etdiyi yolla həyata keçirir:"Bütövlükdə beynəlxalq təşkilatlarla ünsiyyətdə də biz beynəlxalq təcrübəni öyrənirik, onları tətbiq edirik. Azərbaycan xalqının inkişafına xidmət edənləri nəzərə alaraq həyata keçiririk. Bəzən təəssüflər olsun ki, beynəlxalq aləmdən Azərbaycana bu və ya digər formada təzyiqlər olur. Bu təzyiqlərə biz, əlbəttə, mövcud normalar, maraqlar çərçivəsində dəyərləndiririk. Təzyiqlər Azərbaycan üçün qəbul olunmazdır. Amma onların Azərbaycan üçün ən maraqlılarını tövsiyə mahiyyəti daşıyanları nəzərə alırıq".Ekspertlər bunu da bildirirlər ki, məlum güclər tək seçki zamanı yox,seçkidən sonrakı iki il ərzində də Azərbaycana maksimum dərəcədə zərbə vurmağa çalışacaqlar. Hətta seçkilərdən dərhal sonra prosesin qeyri-demokratik keçməsi ilə bağlı hesabatların veriləcəyi və bunun davamı olaraq Azərbaycana hansısa sanksiyaların tətbiqinə çalışacaqlar. Başqa cür desək Azərbaycanı Belorusiya sistemi ilə məngənəyə salmağa cəhdlər olunacaq. Məhz buna görə hazırda Azərbaycandakı müxalifətin tam olaraq ələ alınması prosesi başlayıb və bu gün yalnız Müsavatla KAXCP bu oyunun aktiv iştirakçısı olmaqdan imtina ediblər.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20