Bərdə rayonunun Həsənqaya kəndində yas mərasimində kütləvi zəhərlənmə qeydə alınıb. Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.
"Unikal" xəbər verir ki, 10-dan çox şəxs ürəkbulanma, halsızlıq şikayətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Xəstəxanaya çatdırılan şəxslərə ilkin tibbi yardım göstərildikdən sonra 1 nəfər xəstəxanada saxlanılaraq, qalanları evə buraxılıb.
*** 10:51
Bərdənin Həsənqaya kəndində kütləvi zəhərlənmə halı qeydə alınıb.
"Unikal" APA-ya istinadən xəbər verir ki, zəhərlənənlərin siyahısı aşağıdakı kimidir:
Qasımov Raul Səbuhi oğlu 2018-ci il təvəllüd
Qasımova Şəlalə Sultan qızı 1960-cı il təvəllüd
Hüseynova Məhbubə Fəqan qızı 1993-cü il təvəllüd
Hüseynova Gülnaz Nəzər qızı 1965-ci təvəllüd
Cabbarov Elcan Şamo oğlu 2010- ci təvəllüd
Hüseynova Əsmər Əfqan qızı 1986-cı təvəllüd
Qasımova Samirə Qabil qızı 1989-cu təvəllüd
Hüseynova Nəzakət Tapdıq qızı 1978-ci təvəllüd
Qəmbərova Yasəmən Ədalət qızı 1987-ci təvəllüd
Qeyd edək ki, həmin şəxslərin hamısı kənddə keçirilmiş yas mərasimində iştirak etdikdən sonra bu problemlə üzləşiblər. Onlara tibbi yardım göstərilir.