İsrail HƏMAS qrupu ilə razılığa əsasən, şənbə günü azad edilməli olan fələstinli məhbusların azad edilməsini qeyri-müəyyən müddətə təxirə salıb.
"Unikal" xəbər verir ki, bu barədə “The Times of Israel” yazıb.
"Həmasın dəfələrlə pozuntuları, o cümlədən girovlarımızın ləyaqətini alçaldan mərasimlər və təbliğat məqsədləri üçün girovlarımızdan rüsvayçılıqla istifadə edilməsi fonunda dünən keçirilməsi planlaşdırılan terrorçuların azad edilməsinin, girovların növbəti azad edilməsinə zəmanət verilənə qədər təxirə salınması barədə qərar qəbul edilib", - deyə İsrail Baş naziri Benyamin Netanyahu bildirib.