Bu gün Almaniyada növbədənkənar parlament seçkiləri başlayır.
"Unikal" xəbər verir ki, seçkidə 29 siyasi partiya iştirak edir.
Rəy sorğularına görə, CDU/CSU bloku, Almaniya üçün Alternativ (AfD), Sosial Demokrat Partiyası (SPD), Yaşıllar Partiyası, Almaniya Azad Demokrat Partiyası (FDP) və "Sahra Vaqenknext Alyansı" liderlik edir.
Eyni zamanda, respondentlərin əksəriyyəti CDU/CSU lideri Fridrix Mersi yeni kansler kimi görmək istəyir.
CDU/CSU, SPD və Yaşıllar Kiyevə yardımın davam etdirilməsinin tərəfdarıdır. AfD və "Sahra Vaqenknext Alyansı" buna qarşıdır, lakin onlar həm də sanksiyaların qaldırılmasını və enerji idxalının bərpasını dəstəkləyirlər.