Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov fevralın 25-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında danışıqlara hazırlıq barədə məlumatı təkzib edib.

"Unikal" xəbər verir ki, bu barədə o, TASS-a açıqlamasında deyib. 

“Mən bu məlumatı təsdiqləyə bilmirəm. Həmin tarixdə Səudiyyə Ərəbistanında tədbirlər keçirmək planı yoxdur”, - deyə Ryabkov bildirib.