Nyu-Meksikodakı Kirtland Hərbi Hava Qüvvələri bazasında atışma olub.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində pilotlardan biri öldürülüb, bir əsgər isə qolundan yaralanıb. 

Hadisənin səbəbi və insident yerli hakimiyyət orqanları tərəfindən araşdırılır. 

Şübhəlilərin həbsi ilə bağlı hələlik məlumat yoxdur. Baza müvəqqəti olaraq bağlanıb.