Xəbər verdiyimiz kimi, sabah qarlı hava şəraiti ilə əlaqədar bir çox ali təhsil müəssisəsində dərslər onlayn formatda keçiləcək.
"Unikal"ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) da onlayn formata keçib.
Bu gün axşam saatlarında tələbələrə sabahkı dərslərin onlayn formatda keçiriləcəyi açıqlanıb.
Onlayn rejim DİA-da 2 gün davam edəcək.
Ağarza Elçinoğlu
XXX
20:16
Sabah qarlı hava şəraiti ilə əlaqədar bir çox ali təhsil müəssisəsində dərslər onlayn formatda keçiləcək.
"Unikal" xəbər verir ki, sabah Xəzər Universiteti, Azərbaycan Texniki Universitet, Sumqayıt Dövlət Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Bakı Mühəndislik Universiteti, Memarlıq və İnşaat Universiteti, UNEC, Azerbaycan Pedaqoji Universitetlərində, Baki Slavyan Universitetində, Fransız Azərbaycan Universitetində dərslər onlayn keçiriləcəcək.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumatı təsdiqləyib.
Universitetlərin mətbuat xidmətlərindən isə bildirilib ki, qarlı hava şəraiti ilə əlaqəli olaraq sabah dərsə gələ bilməyən tələbələrə güzəşt ediləcək.
Dərsə gəlmiş qruplara isə universitetlərdə dərs həmişəki qaydada təşkil ediləcək.