Göygöldə xəsarətlə nəticələnən qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. Hərəkətdə olan "VAZ 21099" ilə "QAZ 3110" markalı minik maşınları  toqquşub. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Qəzaya yolun buzlu olmasının səbəb olduğu ehtimal edilir.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov