Gəncədə yeniyetmə oğlan budundan bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Totanlı küçəsində çayxanada qeydə alınıb. Şəhər sakini 2008-ci il təvəllüdlü H.Xürətmənli bıçaqlanma diaqnozu ilə xəstəxanaya çatırılıb. Müayinə zamanı yeniyetmənin bud nahiyyəsindən bıçaqlandığı məlum olub. Dərhal 17 yaşlı oğlanın yaraları tikilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Yeniyetmənin hansı səbəbdən bıçaqlanması məlum deyil.Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Fakt araşdırılır.

Tural Əhmədov