Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ-nin BMT-də Ukrayna ilə bağlı qətnaməsi ilə bağlı vəziyyəti şərh edib.

"Unikal" xəbər verir ki, o bu  barədə jurnalistlərə açıqlamasında deyib. 

"Biz görürük ki, ABŞ daha balanslı mövqe tutur və bu, həqiqətən də Ukrayna ətrafında münaqişənin həlli səylərinə kömək edir", - Kremlin sözçüsü bildirib.

Onun sözlərinə görə, bu yanaşma böhranın həllinə töhfə vermək istəyindən xəbər verir. 

Gülayə Mecid