Ukrayna bu gün ABŞ ilə resurs sazişi imzalayacaq.
"Unikal" xəbər verir ki, “Bloomberg” agentliyi mənbələrə istinadən Ukrayna hökumətinin belə planları barədə məlumat yayıb.
Müqavilə Ukraynanın ən mühüm mineral ehtiyatları olan neft və qazın birgə işlənməsini təmin edəcək. ABŞ prezident administrasiyası deyir ki, iqtisadi əlaqələr faktiki olaraq Kiyevi bir növ qalxanla təmin edəcək.
Məlumata görə, Ukraynanın faydalı qazıntıları ilə bağlı sazişin şərtləri ABŞ-nin 500 milyard dollar təzminat tələbindən imtina etməsindən sonra razılaşdırılıb.