Azərbaycanda bazarlar ləğv olunur
21:01 01-08-2013
İQTİSADİYYAT
Azərbaycanda bazarlar ləğv olunur
İsmət Abbasov monopoliya yaradır və vətəndaşları hakimiyyətə qarşı yönəldir
Yaxın gələcəkdə Azərbaycanda fəaliyyət göstərən bütün kənd təsərrüfatı məhsulları bazarları ləğv olunacaq. Bunun əvəzində isə ixtisaslaşmış iri marketlər fəaliyyət göstərəcək. Belə ki, bu marketlərə tədarük məntəqələri tərəfindən hər gün təzə məhsullar gətiriləcək, köhnə məhsullar isə konserv müəssisələrinə göndəriləcək. Bununla bağlı təkliflər artıq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim olunub.
Nazirliyin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev açıqlamasında bildirib ki, istehlakçıların kənd təsərrüfatı məhsulları ilə təminatı sahəsində bu, yeni mərhələyə keçmək üçün ilk növbədə yerlərdə tədarük satış mənətəqələri yaradılmalıdır. "Bu tədarük satış məntəqələri sifarişçilərlə müqavilələr əsasında işləməlidir. Məsələn, qrafik üzrə təyin olunmuş vaxta qədər tədarük bazası sifarişçi üçün məhsulları istehsalçıdan təzə-təzə alır və sonra sifarişçiyə tədarük edir. Belə olan halda kəndli də əziyyət çəkmir", - deyə şöbə müdiri qeyd edib.Beləliklə nazir İsmət Abbasov ticarət sektorunda da özüne yer tapa bildi. Bildirilir ki, fermerlərin öz məhsullarını rahat sata bilmələri üçün nazirliyin indinin özündə də keçirtdiyi səyyar satışdan kifayət qədər pul gəldiyi üçün belə bir addım atmağa cəhd edib. Amma ekspertlər hesab edir ki, onun bu istəyinə qarşı ciddi təpkilər olacaq və bəlkədə məhz bu təklifinə görə postunu itirsin.Bundan başqa hesab edilir ki, İsmət Abbasovun bu təklifi cəmiyyət tərəfindən də normal qarşılanmayacaq. Çünki bu günün özündə on minlərlə insan məhz bazarlarda işləməklə dolanırlar. İsmət Abbasov isə bu addımı ilə on minlərlə insanı prezident seçkiləri öncəsi hakimiyyətin üzərinə qaldırır.
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20