Rusiyada azərbaycanlılar yenə təzyiqlə üzləşdi
21:03 01-08-2013
İQTİSADİYYAT
Rusiyada azərbaycanlılar yenə təzyiqlə üzləşdi
Artıq iki gündür ki, azərbaycanlılara qarşı səlib yürüşü aparılır
Rusiyanın Azərbaycana yönəlik təzyiqləri getdikcə artır. Rusiyanın müxtəlif regionlarından azərbaycanlıların deportasiya edilmələrinin intensivləşməsi, bu ölkənin Ermənistana ən müasir silah və hərbi texnika göndərməsi və Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə nəqlinə dair müqavilədən birtərəfli qaydada imtina etməsi Rusiyanın Azərbaycana qarşı açıq təzyiqi kimi qiymətləndirmək olar.
Bundan əlavə, Moskva vilayəti hökumətinin istehlakçı bazarı və xidməti naziri Yekaterina Semyonovanın bu ilin sonunadək Moskva ətrafında 100-dən çox bazarın fəaliyyətini dayandıracağı ilə bağlı bəyanatı bazarlarda fəaliyyət göstərən azərbaycanlıların narahatlığına səbəb olub. Belə ki, Rusiya OMON-nun azərbaycanlıların kütləvi şəkildə alver etdikləri "Teplostan" topdansatış mərkəzinə basqın etməsi nəticəsində hazırda 200 azərbaycanlı saxlanılıb. Rusiya qanunvericiliyinə əsasən, müvafiq dövlət orqanları tərəfindən qeyri-leqal miqrantlarla bağlı mütəmadi olaraq keçirilən reydlər zamanı saxlanılan azərbaycanlıların sənədləri tam olmasa düzəltməyi tələb edəcəklər, əks təqdirdə ölkədən deportasiya olunacaqlar. Onu da qeyd edək ki, Azərbaycanlıların kütləvi şəkildə alver etdikləri bazarlara OMON-un basqını bu gün də davam edib. Maraqlısı isə burasındadır ki, Azərbaycanın Rusiyadakı səfirliyi, Ümumrusiya Azərbaycanlıları Konqresi və "Azərros" bazarlarda 3 gündür davam edən bu etnik yoxlamalarla bağlı heç bir münasibət bildirmir. Bəs görəsən, son vaxtlar Rusiyanın Azərbaycana qarşı təzyiqlərinin bu dərəcədə artmasına səbəb nədir? Bu təzyiqlər Rusiya prezidenti Vladimir Putinin seçkiqabağı Azərbaycana bir mesajı ola bilərmi? "Unikal"a açıqlama verən politoloq hesab edir ki, bütün bunlar SSRİ-in başqa formada bərpası üçündür və Putinin Azərbaycana səfərində də məhz bu məsələ gündəmdə olacaq. Politoloq Hikmət Hacızadə onu da vurğuladı ki , Rusiyanın Azərbaycana hazırda göstərdiyi bu təzyiqlər, azərbaycanlıların kütləvi olaraq Rusiyadan departasiya edilməsi Vladimir Putinin Azərbaycana açıq mesajıdır. Azərbaycanı Avrasiya İttifaqı və Gömrük Birliyinə məcburi şəkildə cəlb etməklə yenidən SSSİ-ni yaratmaq istəyir. Məhz bu məsələyə görə, Rusiya hətta Qarabağın geri alına bilməməsində Ermənistana dəstək də göstərir. Amma hər bir halda onun bu istəyi baş tutmayacaq. Sonda onu da qeyq edək ki, Rusiya prezidenti Vladimir Putinin yaxın zamanlarda Prezident İlham Əliyevlə görüşmək istəyi yəqin ki, elə məhz Avrasiya İttifaqı və Gömrük birliyi ilə bağlı vədlər almaqdan ibarət olacaq.Bunu da qeyd edək ki, azərbaycanlılara qarşı əsas təzyiqlər məhz Söyün Sadıqovla, Abbas Abbasovun aktivləşməsindən sonra başladı.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40