Ukrayna və ABŞ liderləri arasında Ağ Evdə uğursuz danışıqlardan sonra Avropa liderləri Zelenskiyə dəstəklərini ifadə ediblər.

"Unikal" xəbər verir ki, ilkin olaraq Polşanın Baş naziri Donald Tusk vəziyyətə münasibət bildirib.

“Əziz Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”, - Tusk “X” hesabında yazıb.

İspaniyanın Baş naziri Pedro Sançes də “X” hesabında Ukraynanı dəstəkləyib.

“Ukrayna, İspaniya səninlədir”, - siyasətçi qeyd edib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok da Ukraynaya dəstəyini ifadə edib: "Ukrayna tək deyildir".

İsveç baş naziri Ulf Kristersson və İrlandiyanın baş nazirinin müavini də Ukraynanın yalnız olmadığını vurğulayıblar: "Ukraynanın yanındayıq".