Azərbaycan Dəmir Yolları QSC (ADY) yenidən kəskinləşən hava şəraiti və aramsız qar yağması ilə əlaqədar olaraq, dəmiryol stansiya, vağzal və dayanacaqlarında intensiv təmizlik və təhlükəsizlik tədbirləri görür.

ADY-dən "Unikal"a bildirilib ki, sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə platformalar, piyada keçidi və körpülər qardan təmizlənir, xüsusi örtüklü cığırlar salınır.

Sərnişinlərdən hərəkət zamanı ehtiyatlı olmaları xahiş olunur.