Mingəçevirdə dəm qazından zəhərlənərək ölən qadın müəllim işləyirmiş.

"Unikal"ın əldə etdiyi məlumata görə, Gülnar Əlizadənin iki azyaşlı qız övladı var.

Qeyd edək ki, o, Yevlaxın Xaldan qəsəbəsində yerləşən məktəbdə çalışırmış. 

*** 09:54

Mingəçevirdə qadın dəm qazından zəhərlənərək ölüb.

"Unikal"ın məlumatına görə, 1987-ci il təvəllüdlü şəhər sakini Gülnar Əlizadə yaşadığı M.Rəsulzadə  küçəsindəki evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparlır.

Ehtiram Muradov