"Monterrey"də çıxış edən məşhur müdafiəçi Serxio Ramos Meksika klubunda ilk qolunu vurub.

"Unikal" xəbər verir ki, 38 yaşlı futbolçu ölkə çempionatının 10-cu turunda "Santos Laquna" ilə görüşdə fərqlənib. O, 57-ci dəqiqədə qapını dəqiq nişan alıb.

Oyunda "Monterrey" 4:2 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, Serxio Ramos fevralın əvvəlində "Monterrey"ə keçib. O, daha əvvəl “Sevilya”, "Real" və PSJ-nin formasını geyinib.