Goranboyda 16 yaşlı qız dəm qazından zəhərlənib.

"Unikal"ın məlumatına görə, hadisə rayon mərkəzində baş verib. Belə ki, 2009-cu il təvəllüdlü rayon sakini Verdiyeva Rəvanə Ceyhun qızı yaşadığı evdə dəm qazından zəhərlənib. Zəhərlənən yeniyetmə qız təcili xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov