Bu gün axşamüstü 44 günlük Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni dəm qazından vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-ündə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. Ailədə öz əkiz qardaşı ilə birlikdə iki uşaq olublar. 2020-ci ilin sentyabrın 29-da səfərbərlik yolu ilə II Qarabağ müharibəsinə yollanıb.  Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşüb. 2020-ci il noyabrın 11-də Şuşada şəhid olub. 17 noyabr 2020-də Maştağadakı Şəhidlər Xiyabanında dəfn olunub..

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.

Vahid Ağayev subay idi. Onun ailəsindən yalnız sağlamlıq imkanları məhdud qardaşı sağ qalıb.