Ötən ay karyerasını başa vuran Braziliya millisinin və İspaniyanın "Real Madrid" komandasının sabiq futbolçusu Marselo Kriştianu Ronaldo və Lionel Messi barədə danışıb.
"Unikal" xəbər verir ki, veteran müdafiəçi ulduz oyunçularla eyni dövrdə oynadığı üçün şanslı olduğunu bildirib: “Kriştianu Messinin daha yaxşı olduğunu düşünür. Biri iki qol vurduğu zaman digəri het-trik etmək istəyirdi. Biz bundan həzz alırdıq. İnsanlar onları müqayisə etmək istəyir, amma unudurlar ki, sadəcə, onların oyunundan həzz almaq lazımdır.
Karyerası ərzində 15 il “kral klubu”nun formasını geyinən Marselo 546 oyunda 38 qol və 103 məhsuldar ötürmə ilə yadda qalıb. Madrid təmsilçisinin əfsanələrindən hesab olunan veteran futbolçu bu komandada ümumilikdə 25 titul qazanıb. Onların arasında 5 Çempionlar Liqası kuboku da var.
Qeyd edək ki, Marselonun son klubu ölkəsinin “Fluminense” kollektivi olub.