UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində "Feyenoord" - "İnter" matçı keçirilib.
"Unikal" xəbər verir ki, Rotterdamda baş tutmuş qarşılaşma Milan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 0:2.
"İnter" hər iki hissədə bir qol vuraraq - Türam (38-ci dəqiqə), Martines (50-ci dəqiqə) - cavab oyunu ərəfəsində üstünlük əldə edib.
Qeyd edək ki, milanlıların heyətində Zelinski 11 metrəlik cərimə zərbəsindən yararlana bilməyib.