İcra başçıları yeni təhsil nazirinə qarşı
19:32 07-08-2013
İQTİSADİYYAT
İcra başçıları yeni təhsil nazirinə qarşı
Onlar təhsil şöbə müdirlərini "toxunulmaz" ediblər
Yeni təhsil naziri Mikayıl Cabbarovun vəzifəsinə təyin edilməsindən artıq 100 gün keçib. Təhsil üzrə ekspertlər yeni nazirin nə dərəcədə müsbət fəaliyyət göstərəcəyinin işə təyin edilməsindən 100 gün sonra bəlli olacağını bildirmişdilər.
100 günün tamamında bəzi ekspertlər Cabbarovun ötən 3 aydan çox müddətdəki fəaliyyətini dəyərləndirərkən pozitiv fikirlər səsləndirirlər. Məsələn, Azad Müəllimlər Birliyinin sədri, təhsil üzrə ekspert Məlahət Mürşüdlü yeni nazirin 100 günlük fəaliyyətində önəmli məsələlərin həllinə başladığını bildirib: "Bu 100 gündə təhsil naziri ən önəmli məsələlərin həllinə başladı. Bu məsələlər idarəetmədə islahatlar strukturunun aparılması idi. Təhsil Nazirliyində müəyyən şöbələr var ki, onlar öz fəaliyyətində paralellik təşkil edirdi. Bu şöbələrin birləşdirilməsi və onun yerinə zamanın tələblərinə cavab verən şöbələrin yaradılması bu islahatlar strukturuna daxil idi.
Düşünürəm ki, bu islahatlar uğurla davam etdiriləcəkdir".
Amma mənzərə heç də düşünüldüyü qədər xoş deyil. Əldə etdiyimiz məlumata görə, yeni təhsil naziri göstəricilərin çox aşağı olduğu, şikayətlərin həddən artıq çox gəldiyi, korrupsiya və digər halların tüğyan etdiyi bəzi rayonların təhsil şöbələri müdirləri ilə vıidalaşmaq istəyib. Amma həmin rayonların icra başçıları bu şöbə müdirlərini öz "çətirləri" altına alıblar və onların görəvdən alınmasına mümkün vasitələrlə imkan verməyiblər.
Doğrudur, Mikayıl Cabbarovun nazirlikdəki təqdimatında çıxış edən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev yerli icra hakimiyyətlərinin bəzi hallarda rayon təhsil şöbəsi müdirlərini qorumasını tənqid etmiş və onlardan belə hallara son qoyulmasını tələb etmişdi. Amma belə məlumatlar var ki, bəzi rayonlarda bu göstərişə əməl olunmur.
Hazırda yeni təhsil nazirinin yaranmış bu durumu öz gücü, səlahiyyətləri çərçivəsində yoluna qoymaq istədiyi deyilir. Bildirilir ki, əgər nazir bunun yetərli olmadığını görsə həmin icra başçılarından ölkə rəhbərliyinə şikayət edəcək.
Bu isə belə rayon icra hakimiyyəti başçıları üçün baha başa gələ bilər.
Azər Aslan
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40