Ağ Evin saytında artıq Ukrayna ilə təhlükəsizlik müqaviləsi olan səhifə əlçatan deyil.
"Unikal" xəbər verir ki, bu barədə “Strana.ua” nəşri öz Telegram kanalında məlumat yayıb.
Səhifəyə keçməyə çalışarkən "xəta 404" mesajı göstərilir. Sənədin ləğvi ilə bağlı rəsmi məlumat verilməyib.
ABŞ-nin keçmiş prezidenti Co Bayden Ukrayna ilə 10 il müddətinə qüvvədə olan müqaviləni 2024-cü ilin yayında imzalayıb. Sənəddə bildirilir ki, ABŞ on il ərzində Ukrayna tərəfini hərbi məhsullar və kəşfiyyat məlumatları ilə təmin edəcək, həmçinin Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təlim keçəcək və respublikanın hərbi-sənaye kompleksini inkişaf etdirəcək.