Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu həftə Səudiyyə Ərəbistanında Moskva ilə Vaşinqton arasında danışıqların yeni raundu ilə bağlı xəbərləri təkzib edib.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Zaxarova aydınlaşdırıb ki, Amerika tərəfdən heç bir məlumat daxil olmayıb.
Bundan əvvəl Amerikanın CNN telekanalı Moskva və Vaşinqton nümayəndə heyətlərinin bu həftə Səudiyyə Ərəbistanında görüşəcəyini bildirmişdi.
Gülayə Mecid