Rusiya İstintaq Komitəsi tərəfindən təqsirləndirlən şəxs qismində cəlb olunaraq beynəlxalq axtarışa verilmiş və ölkəmizdə saxlanılan Yelena Xaxaleva ilə bağlı qərar verilib.
"Unikal" xəbər verir ki, bu barədə APA-ya vəkil Şəhla Hümbətova bildirib.
Məlumata görə, onun ekstradisiyası ilə bağlı sorğu təmin edilməyib.
Yelena Xaxalevanın Rusiyaya ekstradisiya edilməsindən imtina edilib.
Qeyd edək ki, Rusiyada axtarışda olan keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva yanvar ayında Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında DİN-in Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdı.