İndiana Universitetinin Tibb fakültəsinin alimləri müəyyən ediblər ki,  heyvan mənşəli məhsulların həddindən artıq istehlakı böyrək daşlarının əmələ gəlməsi riskini artıra bilər.

"Unikal" xəbər verir ki, araşdırmanın nəticələri "The American Journal of Clinical Nutrition" (TAJCH) jurnalında dərc olunub.

"Ətyeyən pəhriz" kimi tanınan pəhrizdə meyvə, tərəvəz, giləmeyvə və dənli bitkilərin nisbətinin əhəmiyyətli dərəcədə azaldılmasını nəzərdə tutur. Ət, yumurta, balıq, dəniz məhsulları və quş ətinə üstünlük verilir. Çörək və qənnadı məmulatlarının tərkibində çox miqdarda karbohidrat olduğu üçün onlardan da imtina etmək tövsiyə olunur. Belə bir pəhrizə keçidin artıq çəkidən qurtulmağa və mədə pozğunluğu əlamətlərini aradan qaldırmağa kömək etdiyinə inanılır.

Bununla belə, heyvan mənşəli məhsulların yeyilməsinin əhəmiyyətli mənfi cəhətləri var. Elm adamları bir il yalnız ət yeməkləri yeyən 68 yaşlı kişinin vəziyyətini təhlil ediblər.  Məlum olub ki, bu istehlakdan sonra kişinin  böyrəklərində erkən mərhələdə daş əmələ gəlib. Nəticədə xəstədə üç növ - kalsium oksalat, kalsium fosfat və sidik turşusu daşları əmələ gəlmə riski artıb. 

Alimlər izah ediblər ki, "ətyeyən pəhriz" bədənin turşu-əsas balansını artan turşuluğa doğru dəyişir və bu, sidikdə həll olunan maddələrin kristallaşmasına səbəb olur.

Tədqiqatçılar əlavə edib ki, liflə zəngin pəhriz (bitki lifi) böyrək daşlarının əmələ gəlməsinin qarşısını ala biləcək bağırsaq bakteriyalarını qidalandırır. Bu səbəbdən meyvə-tərəvəzdən imtina etmək məsləhət görülməyə bilər.

Gülayə Mecid