Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib.

"Unikal" xəbər verir ki, Zelenskinin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü nəzərdə tutulub.

Ukrayna liderinin vəliəhdlə görüşündən sonra Ukrayna nümayəndələri ABŞ-la danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanında qalacaqlar.

Ukrayna nümayəndə heyətinə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak, xarici işlər naziri Andriy Sibiha, müdafiə naziri Rustem Umerov və Ukrayna Silahlı Qüvvələrinin 93-cü briqadasının komandiri Pavlo Palisa daxildir.