Zaqatalada piyadanı avtomobil vurub.
"Unikal" xəbər verir ki, hadisə bu gün axşam saatlarında Zaqatala şəhəri ərazisində baş verib.
Beləki,1995-ci il təvəllüdlü Zaqatala şəhər sakini Davudov Ramazan Seyfəddin oğlunu minik avtomobili vurub.
Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan R. Davudov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Seymur Əli