Müəllimlər İnstitutu ətrafında yeni qalmaqal
23:17 14-08-2013
İQTİSADİYYAT
Müəllimlər İnstitutu ətrafında yeni qalmaqal
İnstitutun filiallarının adı ətrafında saxta diplom skandalları səngimir
Millət vəkili Aqiyə Naxçıvanlının rektoru olduğu Müəllimlər İnstitutunun adı ətrafında saxta diplom qalmaqalları səngimək bilmir. Dünən adıçəkilən institutun filiallarından biri ili əlaqədar növbəti belə qanunsuz fakt aşkarlanıb.
Belə ki, dünən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Kəlbəcər rayon sakini, 48 yaşlı Rasim Abbasov ali təhsil haqqında diplom alacağına kömək edəcəyi adı ilə Nərimanov rayon Keşlə qəsəbəsində yaşayan Yevlax rayon sakini İlqar Süleymanovdan 1600 manat alıb, onun qızı Gülnarın adına Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialına məxsus saxta diplom verib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Qeyd edək ki, hələ ötən ay "Unikal" olaraq yazmışdıq ki, Təhsil Nazirliyi Müəllimlər İnstitutundan quruma daxil olan şikayətlərlə bağlı araşdırmalar aparır. Araşdırmaların əsas hissəsi adıçəkilən ali təhsil müəssisəsinin bəzi filiallarının rəhbərlərinin saxta diplomlar verməsi ilə bağlı iddiaları əhatə edir. Məlumatda o da bildirilirdi ki, yeni təhsil naziri Mikayıl Cabbarov Müəllimlər İnstitutunun fəaliyyətinin şəffaflaşdırılması və gücləndirilməsinə xüsusi həssaslıqla yanaşmaq fikrindədir. Yeni təhsil nazirinin saxta diplomlara və onları paylayanlara qarşı mübarizə aparmaq istiqamətində iradəsi, həvəsi var. Odur ki, Müəllimlər İnstitutunun bəzi filial rəhbərlərinin saxta diplom alveri ilə məşğul olduqlarına dair iddiaların, şikayətlərin araşdırılması və belə fəaliyyətlərdə bulunduqları təsdiqlənən filial direktorlarının işdən azad edilməkdən tutmuş həbs olunmağa qədər ən kəskin formada cəzalandırılmaları tamamilə realdır. Dünən Müəllimlər İnstitutunun daha bir filialından verilən qanunsuz diplomun aşkarlanması da göstərir ki, yeni təhsil naziri bu cür faktların üzə çıxarılmasında hüquq-mühafizə orqanlarının göstərdiyi səyləri dəstəkləyir.
Bu məlumatdan sonra həmçinin bizim ötən ay yazdığımız başqa bir informasiya da təsdiqlənə bilər. Həmin informasiyada deyilirdi ki, bundan sonra Müəllimlər İnstitutunun yerli filiallarına direktor təyinatı da Mikayıl Cabbarovun şəxsi nəzarətində olacaq. Yeni təhsil naziri yalnız yüksək təhsilə, yeni dünyagörüşə, təmiz reputasiyaya və modern idarəçilik üsullarından xəbərdar kadrların filialların başına keçməsinə "yaşıl işıq" yandıracaq. Saxta diplomlarla bağlı qalmaqalların ard-arasının kəsilməməsi yeni təhsil nazirini filial direktorlarının seçimi məsələsində bütün nəzarət və səlahiyyəti öz əlinə alması üçün təkan verəcək. Hansı ki, keçmiş təhsil nazirinin dönəmində bu, tamamilə institut rektoru Aqiyə Naxçıvanlının ixtiyarında idi.
Bir sözlə, qarşıda saxta diplomlar və Müəllimlər İnstitutunun filialları ilə bağlı digər qanunsvuzluq faktları ilə əlaqədar proseslərin davam edəcəyi tamamilə proqnozlaşdırıldandır.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40