"Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Komissiyanın artıq 9 iclası baş tutub".
"Unikal" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.
“Demək olar ki, sənədlərini təqdim etmiş əksər mütəxəssislərlə görüşlər keçirilib. Onların sənədləri təftiş olunub. Komissiyanın işi aprelin əvvəllərində başa çatacaq və Səhiyyə Nazirliyi bu təhqiqatlarla əlaqədar rəsmi açıqlama verəcək”, - deyə nazir bildirib.