Ermənistan səfiri Qriqor Akopyan İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai ilə görüşüb.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” saziş layihəsi üzrə danışıqların başa çatmasını bir daha alqışlayıb.
O, ümidvar olduğunu bildirib ki, bu sənədin yaxın gələcəkdə imzalanması regional sabitlik və sülhə töhfə verəcək: "Tərəflər həmçinin ikitərəfli gündəlikdə olan ictimai diplomatiya ilə bağlı məsələlərə toxunub və bu istiqamətdə əməkdaşlığın aktivləşdirilməsinin vacibliyini vurğulayıblar".
Ağarza Elçinoğlu