Marvin Hir və Eli Abadi də daxil olmaqla nüfuzlu amerikalı ravvinlər ABŞ prezidenti Donald Trampı Azərbaycanın İbrahim razılaşmalarına üzvlüyünü təmin etməyə çağırıblar.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məktubu diplomatik təcrübəyə malik onlarla ravvin imzalayıb və onlar Azərbaycanın İsrailin ən sadiq müsəlman müttəfiqi olduğunu və ABŞ-nin Yaxın Şərq siyasəti üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Qeyd olunub ki, İbrahim razılaşmalarına qoşulan ölkələr (Bəhreyn, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri) ABŞ-dən geniş siyasi və iqtisadi dəstək alır. Azərbaycan isə hələ də o dəstəkdən məhrumdur.
ABŞ-nin “907-ci düzəlişi” Azərbaycanı ABŞ-nin birbaşa yardımını məhdudlaşdırır. Ravvinlər qadağanın aradan qaldırılmasını tələb edirlər, çünki Bakı xarici təzyiq olmadan müstəqil xarici siyasətini davam etdirir.
Əgər Donald Tramp Azərbaycanın İbrahim sazişlərinə qoşulmasını dəstəkləsə, bu, ABŞ üçün Yaxın Şərqdə yeni strateji addım olacaq. Bu inkişaf Azərbaycanla İsrail arasında müttəfiqliyi dərinləşdirəcək, İranın təsirini zəiflədəcək və regionda yeni siyasi reallıq yaradacaq.
Ağarza Elçinoğlu