"PAŞA Holdinq" MMC-yə məxsus "PAŞA Bank" və "Kapital Bank" ASC-lərin rəhbərliyində dəyişiklik olub.

"Unikal" xəbər verir ki, "PAŞA Bank"ın Müşahidə Şurasının (MŞ) sədri Mir Camal Paşayev vəzifəsini tərk edib, onun yerinə Rövşən Allahverdiyev təyin edilib.

O, indiyə qədər "Kapital Bank"ın MŞ-nın sədri olub. Bu vəzifə isə Fərid Məmmədova həvalə olunub.