Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Gürcüstanla bağlı bəyanatları yalan üzərində qurulub və heç bir məna daşımır.
"Unikal" xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun baş katibi və Tbilisi meri Kaxa Kaladze açıqlayıb.
"Bu sadəcə axmaqlıqdır. Yaxşı olardı ki, onlar öz ölkələrinə baxıb başqa ölkələrin daxili siyasi işlərinə qarışmağı dayandırsınlar", - Kaladze bildirib.
Kallas daha əvvəl Aİ xarici işlər nazirlərinin görüşündən sonra jurnalistlərə demişdi ki, Gürcüstanda repressiv qanunvericiliyin uyğunlaşdırılması və etirazçılara qarşı həddən artıq güc tətbiq edilməsi regionda vəziyyətin narahatedici pisləşməsidir: "Biz Gürcüstanda insanların həbsindən çox narahatıq və dinc nümayişçilərə qarşı zorakılıq tətbiq edənlərə təzyiq edirik".
Ağarza Elçinoğlu