Ukrayna lideri Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın Ukraynadakı münaqişə tərəflərinin enerji obyektlərinə hücumları dayandırmaq təklifi ilə razılaşıb.
"Unikal" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Bloomberg" məlumat yayıb.
“Zelenski Rusiyanın enerji obyektlərinə hücumları dayandırmağa razılaşıb”, - nəşrin bəyanatında deyilir.
Agentliyin mənbələri bildirib ki, Ukrayna lideri bu barədə Trampa martın 19-da telefon danışığı zamanı deyib. Hər iki tərəf atəşkəs rejiminin daha da genişləndirilməsi üzərində işləmək barədə razılığa gəlib.