Cəlilabad rayonunda polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 24 yaşlı Ruslan Hacıyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, ondan 9 kiloqram həşiş qətranı, marixuana, metamfetamin və 100 ədəd narkotik tərkibli metadon həbi aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, R.Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.