22 mart Beynəlxalq Taksi sürücüləri günüdür.

"Unikal" xəbər verir ki,  ilk taksi avtomobilləri 1907-ci ilin bu günündə London küçələrində görüntülənib.  Maraqlıdır ki, taksimetrlər hələ 1875-ci ildə icad edilib (Cihazın müəllifi alman Vilhelm Fridrix Naedler olub - red.) və kütləvi istehsal 1884-cü ildə Hamburqda başlayıb. 

Bildirək ki, bir sıra tanınmışlar - Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Kremlin mətbuat katibi Dimitri Peskov,  amerikalı aktyorlar Robert De Niro,  Leonard Nimoy,  rus aktyor Konstantin Lavronenko, Pulitzer mükafatlı ssenarist və rejissor David Mamet və “Ölümcül Silah” filmindəki rolu ilə tanınan aktyor Denni Qlover  taksi sürücüsü vəzifəsində çalışıb.

Gülayə Mecid