22.03.2025-ci il tarixində saat 14:20 radlələrində 2022-ci il təvəllüdlü şəxs (kişi cinsli) ailə üzvləri tərəfindən Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına gətirilib. 

Bu barədə "Unikal"a Sumqayıt Tibb Mərkəzindən məlumat verilib.

Bildirilib ki, təcili tibbi yardım şöbəsində həkimin müayinəsi zamanı şəxsin həyati əlamətlərinin olmadığı müəyyən olunub:

"Ölümün digər dəqiqləşdirilməmiş formaları diaqnozu təyin edilən şəxsin nəşi təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib".

***23:13 (22.03.2025)

Sumqayıtda 3 yaşlı körpə ölüb.

"Unikal" "Report"a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin Tağıyev qəsəbəsində qeydə alınıb.

Xəzri yaşayış massivində yerləşən fərdi evdə yaşayan 2022-ci il təvəllüdlü Qadir Qələndərovun evdə halı pisləşib.

O, Sumqayıt Uşaq Xəstəxanasına gətirilərkən yolda ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır