Xəbər verdiyimiz kimi, Ucar rayon sakini 1974-cü il təvəllüdlü Vidadi Əliyar oğlu İsgəndərov Göyçay Rayon Mərkəzi Xəstəxanasında damar əməliyyatı zamanı ölüb.

"Unikal" Vidadi İsgəndərovun fotosunu əldə edib.

Həmin fotonu təqdim edirik.

***

12:38

TƏBİB Göyçayda əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqlayıb.

TƏBİB-dən "Unikal"a bildirilib ki, ötən gün saat 09:35 radələrində 1974-cü il təvəllüdlü şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə "iki tərəfli varikosel" diaqnozu ilə əməliyyata qəbul edilib.

Qeyd olunub ki, əməliyyat öncəsi xəstə bütün laborator və instrumental müayinələrdən keçirilib və əməliyyat üçün hər hansı əks göstəriş aşkar edilməyib.

Məlumata görə, əməliyyat zamanı həmin şəxsdə heç bir patoloji hal müşahidə olunmayıb, pasiyentin hemodinamikası stabil olub:

"Lakin dəri tikişlərinə başlanılarkən ani ürək dayanması müşahidə edilib. Zəruri tibbi yardımlar və reanimasiya tədbirlərinə baxmayaraq, xəstədə bioloji ölüm baş verib. Ölüm səbəbi kimi "ağciyər arteriyasının trombemboliyası" diaqnozu ehtimal olunur".

***

10:25

Göyçay rayonunda 51 yaşlı kişi xəstəxanada əməliyyat zamanı ölüb.

"Unikal" xəbər verir ki, hadisə mayın 5-i Göyçay Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Belə ki, Ucar rayon sakini 1974-cü il təvəllüdlü Vidadi Əliyar oğlu İsgəndərov damar əməliyyatı zamanı ölüb.

Faktla bağlı araşdırma aparılır.