Bakıda yaşayış binasında yanğın söndürülüb.
FHN-in Mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Naxçıvani küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Nazirliyin qüvvələri tərəfindən həyata keçirilən operativ tədbirlər sayəsində onikimərtəbəli yaşayış binasının onbirinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
XXX
17:38
Bakıda yaşayış binasında yanğın başlayıb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in “112” qaynar xəttinə Yasamal rayonu, Əcəmi Naxçivani küçəsində yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Əlavə məlumat veriləcək.