ABŞ prezidenti Donald Tramp əvvəllər ayrılmış “fövqəladə büdcə xərclərini” təxminən 3 milyard dollar azaldacaq, bunun 2,5 milyard dolları xarici yardım üçün nəzərdə tutulub.
"Unikal" xəbər verir ki, bu barədə “Semafor” portalı Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp ABŞ-nin keçmiş prezidenti Co Bayden administrasiyası tərəfindən qəbul edilən 2023-cü il üçün borcların artırılması qanun layihəsi çərçivəsində ayrılan təcili maliyyə vəsaitinin həcmini azaldacaq.
Portal yazır ki, Trampın ixtisar etməyi planlaşdırdığı təxminən 2,5 milyard dollar xaricə yardım, o cümlədən miqrasiya və qaçqınlarla məşğul olan QHT-lərə dəstək, Moldova və Gürcüstanda iqtisadi inkişaf və inklüzivliklə bağlı layihələrə ayrılmalı idi.