Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Volodimir Zelenskinin ofisində asılmış yanan Kreml rəsmini şərh edib.
"Unikal" xəbər verir ki, o, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.
Peskovun sözlərinə görə, bu, belə bir fonda poza verməyə razılaşan şəxsin mənəvi inkişaf səviyyəsini açıq şəkildə nümayiş etdirir:
"Bu, yəqin ki, bu cür fotoşəkillərdə poza verən insanın mənəvi inkişaf səviyyəsini və daxili vəziyyətini ən yaxşı şəkildə göstərir".
Bildirək ki, "Time" jurnalı Zelenskinin yanan Kremlin rəsmi qarşısında poza verdiyi fotoşəkili dərc edib. Bundan başqa, Ukrayna liderinin kabinetində Ukrayna Silahlı Qüvvələrinin (AFU) əsgərlərini döyüş meydanında əks etdirən daha bir rəsm asılıb. Zelenskinin özünün sözlərinə görə, bu rəsmlərin hər biri Ukraynanın Rusiya ilə münaqişədə qələbəsini simvollaşdırır.
Gülayə Mecid