19 martdan bu yana İstanbul Böyükşəhər Bələdiyyəsinin istintaqı ilə bağlı keçirilən etirazlarda 1418 şübhəli saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya sosial hesabında paylaşım edib.

"2025-ci il martın 19-dan bəri keçirilən qanunsuz nümayişlərdə 1418 şübhəli saxlanılıb.Hazırda həbsdə olan 979 şübhəli olduğu halda, bu gün 478 nəfər məhkəmə qarşısına çıxarılacaq.

Küçələrdə terror törətməyə, milli-mənəvi dəyərlərimizə qəsd etməyə cəhd edənlərə, polis əməkdaşlarımıza hücum edənlərə heç bir güzəşt edilməyəcək", - nazir qeyd edib.