Şəkidə avtomobil piyadanı vuraraq öldürüb.
"Unikal" xəbər verir ki,hadisə bu gün gecə saat 01 radələrində Şəki-Qax avtomobil yolunda baş verib.
Belə ki,Şəki rayonunun İnçə kəndindən keçən hissəsində İsmayıl Piriyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən piyada, 1956-cı il təvəllüdlü Cəmaləddin Abdullayevi vurub. Nəticədə C.Abdullayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Seymur Əli