Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3564 nəfərə çatıb.

"Unikal" xəbər verir ki,  güclü zəlzələ nəticəsində 5012 nəfər xəsarət alıb, daha 210 nəfər itkin düşüb.

Xatırladaq ki, martın 27-də Myanmada güclü zəlzələ baş verib. Onun maqnitudası 7,7 olub. Yeraltı təkanları Tailand, Çin və Vyetnam sakinləri də hiss ediblər.