Misli Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.

"Unikal" xəbər verir ki, "Kəpəz" səfərdə "Sabah"ın qonağı olub. Görüşün taleyini 1 qol həll edib. Valdemar Almeydanın 41-ci dəqiqədə vurduğu qol Gəncə təmsilçisinə qələbə qazandırıb.

Bu nəticədən sonra "Sabah" 36 xalla 5-ci, "Kəpəz" isə 27 xalla 9-cu pillədə qərarlaşıb.

Günün son oyununda "Qarabağ" saat 19:30-da "Zirə"ni qəbul edəcək.

Qeyd edək ki, tura aprelin 7-də keçiriləcək 2 matçla yekun vurulacaq.